UEFA Almaniya klubunu 100 min avro cərimələdi

13:43 24 Sentyabr 2022

UEFA Almaniyanın “Köln” klubunu 100 min avro cərimələyib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Buna alman azarkeşlərin Konfrans Liqasının qrupunda “Nitsa”ya qarşı Fransadakı matçdakı davranışları səbəb olub.

Qərara əsasən, komandanın növbəti iki səfər matçı üçün azarkeşlərə bilet satmaq da qadağan edilib.

Qeyd edək ki, azarkeşlər arasında toqquşmalara görə sentyabrın 8-də keçirilən bu oyunun başlaması düz 55 dəqiqə gecikib. Oyundan əvvəl “Köln” fanatları sektorlarındakı səddi aşaraq Fransa komandasının azarkeşləri ilə əlbəyaxa olublar. Qarşıdurma nəticəsində bir alman azarkeşi beş metr hündürlükdən yıxılaraq xəsarət alıb.

Oyun isə 1:1 hesabı ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti