Məhəmməd Adıyev: "Bugünkü məğlubiyyət mənim üçün ağırdır"

22:26 25 Sentyabr 2022

“Paltardəyişmə otağında da demişdim ki, azlıqda olduğun zaman fiziki güc tapıb mübarizə aparmaq çətindir. Məşqçilik təcrübəmə baxmayaraq, oyunu dəyişməyə cəhd eləsəm də, oyun əldən getmişdi. Belarusa qarşı keçirdiyimiz matçla müqayisədə nisbətən zəif çıxış etdik".

Bu sözləri Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adıyev UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Bakıda Azərbaycana 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

O, "Dünən mətbuat konfransında demişdiniz ki, Canni De Byazi ağzının danışığını bilsin. İndi hansı fikirdəsiniz" sualını belə cavablandırıb: "Çox dərinə gedirsiniz. Nə De Byazi, nə də rəqibin oyunçuları ilə qərəzim var. Biz oyundan sonra da onunla görüşdük. Mən Qazaxıstan yığmasının baş məşqçisiyəm, bizim öz yolumuz var".

Adıyev Millətlər Liqasındakı ümumi çıxışlarından razı qaldığını bildirib: "Bugünkü məğlubiyyət mənim üçün ağırdır. Ancaq bu da təcrübədir. Oyunlarımızı analiz edəcəyik, harada boşluqlar yaratdığımızı görəcəyik. Qrupdakı ümumi çıxışdan razıyam. Birinci yeri tutduq. Uduzduğumuz zaman buna səbəb axtarırıq. Bizim yolumuz hələ irəlidədir". 


Digər xəbərlər

Xəbər xətti