"Qəbələ" - "Hayduk" matçının hakimləri açıqlandı

00:21 26 Sentyabr 2022

UEFA Gənclər Liqasında mübarizə aparan “Qəbələ”nin U-19 komandasının ilk ev oyununun hakimləri müəyyənləşib.

Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar”ın “Hayduk”la (Xorvatiya) cavab görüşünü Türkiyədən olan ədalət təmsilçiləri idarə edəcək.

Oktyabrın 4-də keçiriləcək matçın baş hakimi Arda Kardeşler olacaq. Ona həmyerliləri Mehmet Emin Tuğral və Süleyman Ozay kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi müəyyənləşməyib.

Xatırladaq ki, matç Qəbələ şəhər stadionunda keçiriləcək. Xorvatiyada oynanılan ilk görüşdə "Hayduk" 3:0 hesablı qələbə qazanıb. 


Digər xəbərlər

Xəbər xətti