Luka Modriçdən tarixi uğur

11:08 26 Sentyabr 2022

Xorvatiya millisinin və "Real"ın futbolçusu Luka Modriç yığmada tarixi uğura imza atıb.

O, buna ötən gecə Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Avstriya ilə görüşdə (3:1) fərqlənməklə nail olub. Modriç qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açıb. Nəticədə 37 yaş 16 günlüyündə olan yarımmüdafiəçi Xorvatiya yığmasının tarixində qol vurmağı bacaran ən yaşlı futbolçu adını qazanıb. Bundan əvvəlki rekord Niko Kovaça məxsus idi - 36 yaş 327 gün.

Qeyd edək ki, Modriç 2006-cı ildən Xorvatiya millisinin üzvüdür. 


Digər xəbərlər

Xəbər xətti