“Neftçi”nin prezidenti baş məşqçinin dəvəti ilə Rumıniyaya getdi - FOTOLAR

16:53 26 Sentyabr 2022

“Neftçi”nin baş məşqçisi Laurentsiu Reghekampf Cronelia Caciucla evliliyindən dünyaya gələn uşağına vəftiz mərasimi (xaç suyuna salınma) təşkil edib.

Milli komandalara görə yarana fasilədən istifadə edən çalışdırıcı bunun üçün ölkəsinə yollanıb. 

Mərasim dünən baş tutub. Tədbirə “Neftçi”nin prezidenti Kamran Quliyev və idman direktoru Zaur Əzizov da qatılıb. 

Xatırladaq ki, Laurentsiu Reghekampf ikinci dəfə ailə həyatı qurub. 

Qeyd edək ki, Laurentsiu Reghekampf ötən gün keçmiş həyat yoldaşı Ana Maria Prodanı küçədə döyməklə gündəmə gəlmişdi. 



Xəbər xətti