Əsas millimizin üzvü U-21-ə çağırıldı

17:05 26 Sentyabr 2022

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində sabah Bakıda Moldova yığması ilə qarşlaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub. 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Şamaxı” klubunun üzvü Cəlal Hüseynov millinin hazırlıq prosesində iştirak edəcək.

Bundan əlavə, qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi, Bakı Olimpiya Stadionunda deyil, “Dalğa Arena”da keçiriləcək.

Qeyd edək ki, Cəlal Hüseynov UEFA Millət Liqasında Slovakiya və Qazaxıstanla görüşlər üçün əsas yığmaya cəlb olunsa da, matçlarda meydana çıxmayıb.  


Digər xəbərlər

Xəbər xətti