“Barselona”nın futbolçusu əməliyyat olunacaq - Dünya çempionatını buraxa bilər

10:20 27 Sentyabr 2022

Futbol üzrə Uruqvay millisinin və İspaniyanın “Barselona” komandasının müdafiəçisi Ronald Arauxo zədələnib. O, milli komandanın heyətində İrana 0:1 hesabı ilə uduzduqları yoxlama matçının 5-ci dəqiqəsində sağ budundan xəsarət alıb.
 
Kataloniya klubunun rəsmi saytının yaydığı məlumata görə, gənc oyunçu yaxın günlərdə Finlandiyada əməliyyat olunacaq. Arauxonun bərpa dövrünün müddəti açıqlanmayıb. Amma onun bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxması ehtimalı var.
 
Arauxo 2019-cu ildən “Barselona”nın əsas komandasında çıxış edir. 23 yaşlı müdafiəçi bu mövsüm Kataloniya təmsilçisinin heyətində 7 matça çıxıb. 


Digər xəbərlər

Xəbər xətti