Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirə bilər

11:15 27 Sentyabr 2022

Yunanıstan "Olimpiakos"un futbolçusu Marselo yeni klubunda ilk oyununu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirə bilər.

Braziliyalı müdafiəçinin böyük ehtimalla Ağdam təmsilçisi ilə görüş üçün iştirak ərizəsində yer alacaq. Onun matçından gedişatından asılı olaraq, sonradan oyuna daxil olacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 6-ı keçiriləcək "Olimpiakos" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti