"Azərbaycanda uğur qazanmaq üçün əlimdən gələni edirəm" - Canni De Byazi

20:45 27 Sentyabr 2022

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yenidən Albaniya yığmasına qayıtmaq ehtimalı barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, Albaniya mətbuatına danışan italiyalı mütəxəssis hər şeyin mümkün olduğunu deyib:

 

"Hazırda Azərbaycan millisinin sükanı arxasındayam və burada uğur qazanmaq üçün əlimdən gələni edirəm. Albaniya çox sevdiyim ölkədir. Mənim bu ölkə ilə xüsusi bağlarım var. Xalqınızdan özümə qarşı həmişə sevgi və hörmət hiss etmişəm. Hər şey mümkündür".

 

Qeyd edək ki, Canni De Byazi 2011-2017-ci illərdə Albaniya millisini çalışdırıb. O, komandanı Avro-2016-nın final mərhələsinə çıxarıb. 


Digər xəbərlər

Xəbər xətti