“Barselona”nın daha bir müdafiəçisi sıradan çıxdı

21:33 27 Sentyabr 2022

İspaniyanın "Barselona" klubunun heyətində növbəti itki baş verib.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Hektorr Bellerin sıradan çıxıb. Cinah oyunçusu komandanın bu gün səhər baş tutan məşqində sol ayağından zədə alıb.

 

Qeyd edək ki, "Barselona"nın futbolçuları Jül Kunde, Memfis Depay, Ronald Arauxo, Usman Dembele və Frenki De Yonq da zədələnib. 


Digər xəbərlər

Xəbər xətti