"Əsas hədəfimiz qısa müddətdə heyəti formalaşdırmaqdır" - Samir Əliyev

22:50 27 Sentyabr 2022

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində bu gün “Dalğa Arena”da keçirilmiş Azərbaycan U-21 – Moldova U-21 oyunundan sonra millimizin baş məşqçisi Samir Əliyev AFFA-nın rəsmi saytına açıqlama verib.

 

Sportarena.az 43 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

 

“Yeni formalaşan komandayıq, ilk dəfə beynəlxalq səviyyəli oyun keçirdik. Əsas hədəfimiz qısa müddətdə U-21-in heyətini formalaşdırmaqdır. Moldova yığmasına qarşı oyun bizim üçün çox faydalı oldu. Rəqib çox yaxşı təşkilatlanmış, nizam-intizamı yüksək olan komanda idi. Xüsusən müdəfiə xəttində daha diqqətli və intizamlı oynayırdı. Bu cür rəqiblə oyunda müdəfiə xəttini yarmaq çətindir. Buna baxmayaraq, 90 dəqiqə ərzində bir neçə qol imkanı yaratdıq. Təəssüf ki, yaxaladığımız imkanlardan yararlana bilmədik”. 


Digər xəbərlər

Xəbər xətti