Taekvandoçumuz Avropa çempionu oldu

21:11 28 Sentyabr 2022

Albaniyanın paytaxtı Tiranada keçirilən taekvando üzrə U-21 Avropa çempionatı davam edir.

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov (54 kq) yarışda qızıl medal qazanıb. İdmançımız ilk görüşdə Artyom Bulavkanı (Moldova) 2:0 hesabı ilə məğlub edib. Ardınca Relya İvkoviçə (Serbiya) də eyni hesabla qalib gələn Dadaşov 1/8 finalda Haktan Can (Türkiyə) üzərində də inamlı qələbə qazanıb – 2:0.

Növbəti görüşündə Tedi Likometini (Albaniya, 2:0) mübarizədən kənarlaşdıran taekvondoçu yarımfinalda Ebrahim Marvan (İsveç) ilə döyüşməli olsa da, rəqib zədə səbəbindən dayanq üzərinə çıxmayıb və Dadaşov finala yüksəlib.

Həlledici qarşılaşmada təmsilçimiz Milan Milllaya (Niderland) 2:1 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər idmançımız Eltac Qafarov (74 kq) bürünc medala sahib çıxıb. O, ardıcıl olaraq Ege Şaşmaztin (Türkiyə, 2:0), Xesus Serrano (İspaniya, 2:0) və Çarai Flouskounisa (Yunanıstan, 2:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qafarov finala gedən yolda Stefan Takovla (Serbiya) üz-üzə gəlib. Rəqibinə 0:2 hesabı ilə uduzan idmançı bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatına sentyabrın 30-da yekun vurulacaq. 


Digər xəbərlər

Xəbər xətti