UEFA "Qarabağ"ın rəqibini cəzalandırdı

10:32 29 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiakos” UEFA tərəfindən cəzalandırılıb.

Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Yunanıstan klubunun azarkeşlərinin 2-ci turda “Frayburq”la ev oyununda pirotexniki əşyalardan istifadə etməsidir.

Komandanın növbəti turda “Qarabağ”la qarşılaşmada azarkeş məhdudiyyəti olacaq. Stadionun şimal tribunası qismən bağlanacaq. Həmçinin, Pirey təmsilçisi 50 min avro məbləğində cərimələnib

Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu oktyabrın 6-da keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti