Goranboyda ağır atletika klubunun açılışı olub - FOTOLAR

17:34 29 Sentyabr 2022

Milli Məclisin deputatı Anar Məmmədov gənclər və idman naziri Fərid Qayıbov, kənd təsərrüfatı naziri, Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm QuliyevMilli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Goranboy Olimpiya İdman Kompleksinin nəzdində fəaliyyət göstərən “Qala” ağır atletika idman klubunda yaradılan şəraitlə və ağır atletika növünün inkişafının vəziyyəti ilə yerində tanış olub.

Açılışı olan “Qala” ağır atletika idman klubunda regionlarda idmanın inkişafına dəstək məqsədilə rayonun yeniyetmə və gənc atletləri, həmçinin digər yaşlardan olan insanlar həm peşəkar, həm də həvəskar idmanla məşğul olmaq imkanına malikdirlər.

Klubun açılış mərasimində qonaqların canlı izlədikləri məşq prosesi marağa səbəb olub. Onlar qeyd edib ki, Azərbaycanda ağır atletika böyük inkişaf mərhələsindədir və bunda ölkə rəhbərliyinin həyata keçirdiyi idman siyasəti böyük rol oynayır.

Sonda xatirə şəkilləri çəkilib. 



Digər xəbərlər

Xəbər xətti