"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən olan "Olimpiakos"un zədəli futbolçusu Usseyn Banın qarşıdakı görüşlərdə meydana çıxıb-çıxmayacağı bəlli olub.
Sportarena.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, seneqallı müdafiəçi minimum 10 gün komandasına kömək edə bilməyəcək.
Belədə, Banın AL-in üçüncü turu çərçivəsində "Qarabağ"a qarşı matçda meydana çıxa bilməyəcəyi dəqiqləşib.
"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.