Almaniya 3-cü Bundesliqasında 10-cu turun oyunlarına start verilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ertsebirge" doğma meydanda "Meppen"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Nazarov 45+5-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
Xallarını 6-ya yüksəldən "Ertsebirge" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.