"Olimpiakos" "Qarabağ"la oyundan öncə qələbə qazandı

00:05 3 Oktyabr 2022

Yunanıstan Super Liqasında 6-cı turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" doğma meydanda "Atromitos"la qarşılaşıb. Matç Pirey təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 11-ə yüksəldən "Olimpiakos" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Qarabağ" Olipiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti