"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli oldu

00:35 3 Oktyabr 2022

Marina Bey avtodromunda keçirilən "Formula 1" üzrə Sinqapur Qran Prisinin qalibi bəlli olub.

"Red Bull"un pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb. Finişə ikinci sırada "Ferrari"dən Şarl Lekler çatıb. Onun komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.

Çempionatın hazırkı lideri "Red Bull"dan Maks Ferstappen yeddinci yerlə kifayətlənib. 


Xəbər xətti