Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vuruldu - FOTO

00:47 3 Oktyabr 2022

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb.  Sportarena.az xəbər verir ki, sonuncu yarış günündə ilk olaraq körpücük üzərinə çəkisi 73 kq-a qədər oğlanlar çıxıb. Yaşı 20-yə qədər olan idmançılar arasında bu çəkidə toplam 253 kq (111+142) nəticə göstərən Rəhim Kazımov qızıl, toplam 208 kq (92+116) nəticə ilə Nəcəf Nəzərov gümüş, toplam 201 kq (86+115) nəticə ilə Kamal İsmayılov bürünc medala sahib çıxıblar.
 
Yaşı 23-ə qədər olan idmançılar arasında isə fəxri kürsünün ən yüksək pilləsinə toplam 262 kq (120+142) nəticə ilə Kənan Xəlilov qalxıb. Sonrakı pillələrdə müvafiq olaraq toplam 251 kq (110+141) nəticə ilə Ruslan Həsənov və toplam 206 kq (100+106) nəticə ilə Nizami Həsənov qərarlaşıblar.
 
Daha sonra 81 və 89 kq çəki dərəcələrində qaliblər müəyyən edilib. Yaşı 20-yə qədər olan idmançılar arasında 81 kq-da qalib adını toplam 271 kq (118+153) nəticə göstərən Nurlan Rəsulov, 89 kq-da isə toplam 232 kq (104+128) nəticə ilə Həsən Babayev qazanıblar.
 
Yaşı 23-ə qədər olan idmançılar arasında isə 81 kq-da fəxri kürsünün ən yüksək pilləsinə toplam 262 kq (115+147) nəticə ilə İsmayıl Baxışov, 89 kq-da isə toplam 270 kq (120+150) nəticə ilə Sənan Mirzəyev qalxıblar.
 
Körpücük üzərinə son olaraq ən ağır çəkili idmançılar çıxıblar. Yaşı 20-yə qədər olan idmançılar arasında 96 kq-da toplam 248 kq (117+131) nəticə göstərən Canəli Əsədov, 109 kq-da isə toplam 250 kq (1110+140) nəticə ilə Fuad Hümbətli qazanıblar.
Yaşı 23-ə qədər olan idmançılar arasında isə 102 kq-da fəxri kürsünün ən yüksək pilləsinə toplam 249 kq (112+137) nəticə ilə Əliş Nəzərov qalxıb. 



Digər xəbərlər

Xəbər xətti