Misli Premyer Liqasında VIII tura yekun vurulub. Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.
Əvvəlcə “Şamaxı” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu görüşdə son dəqiqə qolu ilə vacib qələbəyə seviniblər.
Turun son qarşılaşması isə “Sumqayıt”la “Kəpəz” arasında baş tutub. Sumqayıtlılar köhnə-yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk matça çıxıblar. Bu qarşılaşma isə qolsuz başa çatıb. Halbuki, Gəncə təmsilçisi ilk yarının sonlarında penalti də qazanıb. Amma sözügedən komanda bu şansı boşa verib.
Xatırladaq ki, bu turun digər matçlarında “Qəbələ” səfərdə “Səbail”ə (2:1), “Zirə” “Turan Tovuz”a (3:1) qalib gəlibsə, “Qarabağ” da əzəli rəqibi “Neftçi”ni 3:1 hesabıyla yenib.