İspaniya çempionatı: "Real" "Osasuna" ilə bacarmadı

03:15 3 Oktyabr 2022

İspaniya La Liqasında 7-ci turun oyunları keçirilir. Daha 4 qarşılaşma baş tutub. 

Lider “Real” doğma meydanda “Osasuna” ilə qarşılaşıb. Madrid təmsilçisi bu matçda cari mövsümdəki ilk xal itkisinə üzülüb. “Espanyol” - “Valensiya” matçında da qalib müəyyənləşməyib. “Selta” “Betis”i məğlub yola salıbsa, 8 qolluq “Jirona” - “Real Sosyedad” matçında da qonaqlar qalib gəliblər.

İspaniya La Liqası
7-ci tur

Espanyol – Valensiya 2:2
Qol: Xoselu, 56. Darder, 83 – Paulista, 53. E.Comert, 90+6.

Selta – Betis 1:0
Qol: Veyqa, 9.

Jirona – Real Sosyedad 3:5
Qol: Rikelme, 23. A.Martines, 27. Kastelyanos, 48 – Sörlot, 8; 42. Mendes, 66. Zubimendi, 71. Kubo, 85.

Real – Osasuna 1:1
Qol: V.Junior, 42 – K.Qarsiya, 50.  


Xəbər xətti