“Neftçi”də yubiley matçına çıxdı

15:02 3 Oktyabr 2022

Voyislav Stankoviç “Neftçi”nin heyətində 100-cü oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, serbiyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının VIII turunda gerçəkləşib. “Qarabağ”la səfərdəki Azərbaycan derbisi Stankoviç üçün 100-cü matçla əlamətdar olub. O, bu görüşlərdə 6 qola imza atıb.

 

35 yaşlı müdafiəçi həm də Premyer Liqada 75-ci dəfə “ağ-qaralar”ın formasını geyinib. O, 5 qolunu çempionatda vurub. Stankoviç avrokuboklarda 18, ölkə kubokunda 7 (1 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.

 

Qeyd edək ki, Voyislav 2019-cu ilin yayından Bakı klubunda çıxış edir. 


Digər xəbərlər

Xəbər xətti