"Milan" iki ciddi itki ilə üzləşib

00:49 4 Oktyabr 2022

İtaliyanın “Milan” klubu ciddi itkilərlə üzləşib. A Seriyası təmsilçisinin müdafiəçisi və kapitanı David Kalabriya, həmçinin yarımmüdafiəçi Aleksis Salemakers sıradan çıxıb.
 
Onların hər ikisi A Seriyasının 8-ci turu çərçivəsində keçirilmiş “Empoli” ilə səfər oyununda (3:1) zədələnib. Elə ilk yarıda zədə alan oyunçular erkən əvəzlənmək məcburiyyətində qalıblar.
 
Kalabriyanın zədəsinin daha ciddi olduğu bildirilir. Müdafiəçinin bud nahiyəsindən aldığı zədəyə görə bu il komandaya kömək edə bilməyəcəyi iddia olunur.
 
Salemakersin isə hansı müddətə sıradan çıxdığı hələ dəqiqləşməyib.   Tibbi müayinədən sonra futbolçuya medial bağın qismən qopması diaqnozu qoyulub. Yarımmüdafiəçiyə konservativ müalicə veriləcək.


Digər xəbərlər

Xəbər xətti