Türkiyə çempionatı: “Fatih Karagümrük” öz meydanında məğlub oldu

01:09 4 Oktyabr 2022

Türkiyə Super Liqasında 8-ci tura yekun vurulub. Sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Fatih Karagümrük” doğma meydanda “İstanbulspor”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda qonaqlar qalib gəliblər - 1:2.

8 turdan sonra “Başakşəhər”, “Adana Dəmirspor”, “Konyaspor” və “Qalatasaray”ın hesabında 17 xal var. “Trabzonspor” 16 xalla 5-ci, “Beşiktaş” isə 15 xalla 6-cıdır. 7-ci pillədə qərarlaşmış “Fənərbaxça” 14 xal toplayıb. 


Xəbər xətti