İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub. Sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.
“Lester Siti” doğma meydanda “Nottingem Forest”lə üz-üzə gəlib və bu rəqibini 4 cavabsız qolla məğlub edib. Bu, lesterlilərin cari mövsümdəki ilk qələbəsi olub.
9 turdan sonra 21 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 20 xalla 2-ci, “Tottenhem” 17 xalla 3-cüdür. 4-cü pillədəki “Brayton”un 17, 5-ci yerdə olan “Çelsi”nin 13, növbəti sıradakı “Mançester Yunayted”in 12 xalı var. Hələ ki, uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Liverpul” 10 xalla 9-cudur.