London marafonunda faciəvi hadisə baş verib

03:00 4 Oktyabr 2022

İngiltərənin paytaxtı Londonda keçirilən marafonda faciəvi hadisə baş verib.

Yarış zamanı 36 yaşlı kişi idmançı dünyasını dəyişib.

Finişə 5 kilometr qalmış halı pisləşən şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, London marafonunun qalibi efiopiyalı Yalemzerf Yehualav və keniyalı Amos Kipruto olub. (Report)


Digər xəbərlər

Xəbər xətti