İtaliya çempionatı: "Udineze" səfərdə qələbə qazandı

03:17 4 Oktyabr 2022

İtaliya A Seriyasında 8-ci tura yekun vurulub. Sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Səfərdə “Verona” ilə qarşılaşan bu mövsümün sürpriz komandası “Udineze” əzmkar qələbə qazanıb - 2:1. 

8 turdan sonra “Napoli” və “Atalanta” 20 xalla ilk iki pilləni bölüşürlər. İlk üçlüyü 19 xalla “Udineze” qapayır. “Latsio” və “Milan”ın 17 xalı var. “Roma” 16 xalla 6-cı, “Yuventus” 13 xalla 7-cidir. “Sassuolo” və “İnter”in isə 12 xalı var. 


Digər xəbərlər

Xəbər xətti