Fransanın 6 şəhəri DÇ-2022-ni boykot etdi

17:48 4 Oktyabr 2022

Fransanın 6 şəhəri bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını boykot edəcəyini açıqlayıb. Bunlar paytaxt Paris, Marsel, Lill, Strasburq, Reyms və Bordodur.
 
Həmin şəhərlərdə mundialın canlı oyunları və turnirlə bağlı digər tədbirlər təşkil olunmayacaq. Şəhərlərin rəhbərlikləri yarışın ev sahibi kimi Qətərin seçilməsinə etiraz olaraq bu addımı atıb.
 
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
 
Fransa millisi D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq. 


Digər xəbərlər

Xəbər xətti