AFFA İcraiyyə Komitəsinin bütün qərarları açıqlandı

18:30 4 Oktyabr 2022

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılıb.

Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilib. U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcəyi vurğulanlb.
 
Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq oluub: 

Azərbaycan U-19 (qızlar) – Zamir Həsənov
Azərbaycan U-17 (qızlar) – Nərgiz Qurbanova
Azərbaycan U-15 (qızlar) – Xanlar Əliyev
 
Lisenziyalaşdırma qaydalarında (Buraxılış - 2022) müvafiq dəyişikliklər təsdiq olunub.
 
Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılıb

Yoxlama-Təftiş Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunub:
 
Sədr
Xalid Cavadov – AFFA nümayəndəsi
 
Üzvlər:
Xanım Məmmədova – AFFA nümayəndəsi
Tariyel Şirəliyev – SOCAR nümayəndəsi
Hafiz Quliyev – İqtisadiyyat Nazirliyinin nümayəndəsi
Səftər Vəlizadə – Dövlət Auditorlar Palatasının nümayəndəsi
Elnur Kazımov – Dövlət Auditorlar Palatasının sərbəst auditoru 


Digər xəbərlər

Xəbər xətti