“Olimpiakos” - “Qarabağ” oyunu bir dəqiqəlik sükutla başlayacaq

18:57 4 Oktyabr 2022

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Olimpiakos"la Yunanıstanda keçirəcəyi matç 1 dəqiqəlik sükutla başlayacaq. 

Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, sükut İndoneziya çempionatının 11-ci turunda "Arema" - "Persebaya" görüşündən (2:3) sonra olan iğtişaşlar zamanı dünyasını dəyişənlərin xatirəsinə həsr olunacaq. Bildirilir ki, qərar bu həftə keçiriləcək Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlardan ibarət yığma komandalar arasında dünya çempionatının pley-off oyunlarına da aid edilir.

Qeyd edək ki, sözügedən oyundan sonra baş verən iğtişaşlar zamanı 130 nəfər həyatını itirib.

Xatırladaq ki, oktyabrın 6-sı Yunanıstanda keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti