Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurdu

Sportarena.az      5 Oktyabr 2022 , 08:42
Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası İtaliyanın Montesilvano şəhərində keçirilən Avropa çempionatını 5 medalla başa vurub. Sportarena.az xəbər verir ki, yarışın final mərhələsinin axşam sessiyasında yığmanın daha 2 üzvü həlledici döyüşə çıxıb.
 
57 kq-da Məhəmmədəli Qasımzadə ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Nik Smirnov (Almaniya), Kallum Karrageri (İrlandiya) və Nikolayes Zamyatinsi (Latviya) məğlub edən milli üzvü bu titula finalda bolqarıstanlı Viktorio İliyevə qalib gəlməklə nail olub. Qasımzadə həlledici döyüşdə rəqibini 3:2 (28:29, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ötən il analoji yarışda gümüş medal qazanan Qasımzadə 2019-cü ildə məktəblilər arasında da qitənin ən güclüsü adını qazanıb.
 
Armandas Kreqzde (Litva), Artur Avetikyan (Ermənistan) və Levan Demurovini (Gürcüstan) mübarizədən kənarlaşdıran 54 kq çəki dərcəsindəki Məhəmmədəli Aşurəliyevisə finalda ingiltərəli Adam Maca ilə gücünü yoxlayıb. Gərgin keçən döyüşdə uduzan boksçu yarışı ikinci pillədə bitirib.
 
Beləliklə, Azərbaycan milli komandası 8 gün davam edən Avropa birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Aşurəliyev və Qasımzadədən öncə Emili Rzayeva (70 kq) çempion tituluna yiyələnib, Nərmin Əlizadə (48 kq) ikinci, Aynur Mikayılova (50 kq) üçüncü yeri tutub.
 
Nəticədə Azərbaycan yığması Avropa çempionatında 3 ildən sonra qızıl, 6 ildən sonra isə 5 medal qazanıb.
 
Milli komanda oktyabrın 7-də Bakıya qayıdacaq.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin