Çempionlar Liqası: “Çelsi” “Milan”ı, "Real" "Şaxtyor"u məğlub etdi - YENİLƏNİB

01:48 6 Oktyabr 2022

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub. Sonuncu oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma baş tutub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası - Xorvatiya "Dinamo"su (Zaqreb) Avstriyada "Zalsburq"un qonağı olub. E qrupunun digər matçında isə "Çelsi" İngiltərədə "Milan"ı qəbul edib.

F qrupunda turnirin son qalibi "Real" Polşada Donetsk "Şaxtyor"u ilə qarşılaşıb. "Leypsiq" isə evdə "Seltik"lə üz-üzə gəlib.

G qrupunda "Mançester Siti" "Kopenhagen"i, "Sevilya" isə Dortmund "Borussiya"sını sınağa çəkib.

H qrupunda "Yuventus" Hayfa "Makkabi"si, "Benfika" isə PSJ ilə münasibətlərinə aydınlıq gətirib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur

E qrupu

20:45. Zalsburq (Avstriya) - Dinamo (Zaqreb, Xorvatiya) 1:0
23:00. Çelsi (İngiltərə) - Milan (İtaliya) 3:0

F qrupu

20:45. Leypsiq (Almaniya) - Seltik (Şotlandiya) 3:1
23:00. Real (İspaniya) - Şaxtyor (Donetsk, Ukrayna) 2:1

G qrupu

23:00. Mançester Siti (İngiltərə) - Kopenhagen (Danimarka) 5:0
23:00. Sevilya (İspaniya) - Borussiya (Dortmund, Almaniya) 1:4

H qrupu

23:00. Yuventus (İtaliya) - Makkabi (Hayfa, İsrail) 3:1
23:00. Benfika (Portuqaliya) - PSJ (Fransa) 1:1


Digər xəbərlər

Xəbər xətti