"Napoli" İtaliya futbolunda ilkə imza atdı

13:20 5 Oktyabr 2022

"Napoli" İtaliya futbolunda ilkə imza atıb.

Sportarena.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Neapol təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Ayaks"a qalib gəlməklə rekord müəyyənləşdirib.

"Napoli" Çempionlar Liqasının səfər matçında 6 qol vuran ilk İtaliya klubu olub. 

Qeyd edək ki, qrup mərhələsində keçirdiyi görüşlərin hamısında qələbə qazanan Luçano Spalettinin komandası 9 xalla qrup lideridir. 


Digər xəbərlər

Xəbər xətti