“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. G qrupunda yer alan Ağdam təmsilçisi 3-cü tur çərçivəsində Yunanıstanda "Olimpiakos"un qonağı olub.
“Georgios Karaiskakis” stadionunda baş tutan qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edib. Qarşılaşmanın ilk hissəsində qol qeydə alınmayıb. Fasilədən sonra isə rəqib qapısına 3 qol vuran vuran "Qarabağ" darmadağına sevinib.
Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edib. Bu oyunda isə meydan sahibləri ardıcıl üçüncü qələbəyə seviniblər - 2:0.