Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, həftənin ən yaxşıs adına "Leyptsiq"in hücumçusu Andre Silva layiq görülüb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Portuqaliyalı forvard səsvermədə "Borussiya"dan (Dortmund) Cud Bellinqem, "Napoli"dən Di Lorenzo və "Yuventus"dan Anxel Di Mariyanı qabaqlayıb.
Qeyd edək ki, Andre Silva "Leyptsiq"in "Seltik"i 3:1 hesabı ilə məğlub etdiyi matçda dubl edib.