“Oyunla bağlı müəyyən planlarımız var idi. Onu 70-ci dəqiqəyə qədər həyata keçirdik”.
Bu sözləri “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales deyib. O, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyundan danışıb:
““Qarabağ” hesabı açdıqdan sonra planlarımız pozuldu. Ondan sonra hər şey dəyişdi. Ardınca fərdi səhvlərimiz oldu. Bundan sonra isə hər şey itirilmişdi. 70-ci dəqiqəyə qədər heç kim deyə bilməzdi ki, belə hesab olacaq”.