"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçılar sırasındadı.
Sportarena.az xəbər verir ki, 28 yaşlı qapıçı "Olimpiakos" - "Qarabağ" görüşündə (0:3) də seyvlərinin sayını artırıb.
Üç turdan sonra onun aktivində 12 seyv var. Bu göstərici ilə Şahruddin 6-cı pillədədi. Siyahıya isə 16 seyvlə HİK-in (Finlandiya) qapıçısı Konor Hazard başçılıq edir.