"Mançester Yunayted"in hücumçusu Kristiano Ronaldo karyerasını Türkiyədə davam etdirə bilər.
Sportarena.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı "Qalatasaray"dan təklif alıb. O, qış "transfer pəncərəsi" zamanı İstanbula yollanaraq "Qalatasaray"la rəsmi müqavilə imzalayacaq.
Ronaldo Çempionlar Liqasında iştirak edən komandada oynamaq istəyirdi. Amma sərfəli təklif almadığına görə, Mançesterdə qalmağa məcbur olub.