Sonuncu pillədə olan klub baş məşqçisi ilə yeni müqavilə imzaladı

16:02 7 Oktyabr 2022

İngiltərənin "Nottingem Forest" klubu baş məşqçi Stiv Kuperlə bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi uelsli mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

42 yaşlı mütəxəssislə 2025-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

 

"Nottingem Forest" İngiltərə Premyer Liqasında 8 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qqərarlaşıb.

 

Qeyd edək ki, Stiv Kuper 2021-ci ilin sentyabr ayından "Nottingem Forest"i çalışdırır. Komanda onun rəhbərliyi atında Premyer Liqaya yüksəlib. 


Digər xəbərlər

Xəbər xətti