"Qarabağ"la oyundan sonra ürəyi getdi

17:30 7 Oktyabr 2022

Yunanıstan “Olimpiakos”unun futbolçusu Pape Abu Sissenin həyat yoldaşı dünən “Qarabağ”a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunundan sonra xəstəxanaya aparılıb. Seneqallı müdafiəçinin xanımı təzyiqə və atmosferə dözə bilməyərək, huşunu itirib.
 
O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. İlkin müdaxilədən sonra futbolçunun xanımının səhhətinin yaxşı olduğu bildirilib. 


Digər xəbərlər

Xəbər xətti