Krivotsyuk oynadı, komandası heç-heçə etdi

11:08 8 Oktyabr 2022

Futbol üzrə Polşa çempionatında 12-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Yagelloniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 62 dəqiqə mübarizə aparıb.
 
“Visla” 12 turdan sonra 21 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.


Xəbər xətti