"Zirə"nin futbolçusu Coşqun Diniyev Premyer Liqada 200-cü oyununu keçirib.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onun yubileyi IX tura təsadüf edib. “Zirə” – “Şamaxı” matçına start heyətində çıxan 27 yaşlı yarımmüdafiəçi bu qarşılaşmayadək 199 görüşdə forma geyinib. O, Premyer Liqadakı 200 matçda 9 qol vurub.
Coşqun bu oyunlardan 34-nü “Zirə”də keçirib. Yarımmüdafiəçi klubumuzda 3 qola imza atıb.