“Qarabağ” Avropanın ən güclüləri arasında 2 pillə irəlilədi

19:07 8 Oktyabr 2022

Avrokuboklarda qrup mərhələsinin üçüncü turundan sonra klubların reytinqi açıqlanıb. Sportarena.az xəbər verir ki, reytinq cədvəlində Avropanın 438 ən güclü klubu yer alıb.
 
Azərbaycan siyahıda üç klubla təmsil olunub ki, ən yaxşı təmsilçimiz “Qarabağ”dır. “Köhlən atlar” 211 xala malikdir. Avropa Liqasında “Olimpiakos”a 3:0 hesabı ilə qalib gələn “Qarabağ” xal hesabını 4 vahid artırıb.
 
Bununla da, ötən siyahıda 79-cu olan Ağdam klubu iki pillə irəliləyib. “Qarabağ” hazırda Avropanın 77-cisidir.
 
Digər klublarımız “100-lük”dən uzaqda qərarlaşıb. “Neftçi” 33 xalla 223-cü, “Qəbələ” 5 xalla 380-cidir. 
 
Siyahıya 2297 xala malik Madrid “Real”ı başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti