UEFA prezidenti yeni müddətə namizədliyini irəli sürəcək

11:48 9 Oktyabr 2022

UEFA-nın hazırkı prezidenti Aleksander Çeferin yenidən seçiləcək.

Bu barədə jurnalist Martin Ziqler məlumat yayıb. Çeferin qərarını təşkilatın Frankfurtda keçirilən konqresində rəsmən açıqlayıb.

“UEFA prezidenti Aleksander Çeferin fürsətdən istifadə edərək, növbəti seçkilərə dəstək məktublarına görə bütün 55 assosiasiyaya şəxsən təşəkkür edib”, - təşkilatın xəbərində deyilir.

Xatırladaq ki, 54 yaşlı funksioner bu postu 2016-cı ildən tuturdu. UEFA prezidenti seçkiləri 2023-cü ildə keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti