Dadaşovlu “Şalke”dən darmadağın

13:49 9 Oktyabr 2022

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfədə “Vuppertaler”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
 
“Şalke”nin ikinci komandası 11 turdan sonra 19 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti