PSJ-nin futbolçusu Serxio Ramos klub karyerasında 28-ci qırmızı vərəqəsini alıb.
O, son olaraq Fransa çempionatının 10-cu turunda "Reyms"lə oyunun (0:0) 41-ci dəqiqəsində baş hakim Pyer Qellustanın xəbərdarlıq qərarına etiraz etməyə çalışıb. Bundan sonra futbolçu hakimlə mübahisəsini dayandırmayıb və buna görə qırmızı vərəqə alaraq meydanı tərk edib.
Ramos üçün bu qırmızı vərəqə karyerasında 28-ci olub. O, sabiq klubu "Real"da 26, PSJ-də 2 qırmızı vərəqə görüb.