UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

16:00 9 Oktyabr 2022

UEFA Avropa çempionatında iştirak edəcək komandaların sayını 32-yə çatdırmaq ideyasından imtina edib.

Bu barədə İngiltərənin “Daily Mail” nəşri yazıb.

Məsələyə baxmaqdan imtinaya səbəb Avropa yayımçılarının 55 komandadan 32-nin çempionata getdiyi təsnifat mərhələsinin tamaşaçılar üçün maraqlı olmadığını və onun nəticələrinin proqnozlaşdırıla biləcəyini hesab edən mövqeyi olub.

Bundan əvvəl UEFA 2028-ci ildən etibarən turnirin final hissəsinin formatını dəyişdirərək iştirakçıların sayını 32 komandaya çatdırmağı nəzərdə tuturdu. Xatırladaq ki, 2016-cı ildə Avropa çempionatında komandaların sayı artıq 16-dan 24-ə yüksəlib.

Noyabrda UEFA İcraiyyə Komitəsində bununla bağlı rəsmi qərar veriləcək.


Xəbər xətti