Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk dövrənin son turuna yekun vurulub.
Sportarena.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub. Günün ilk görüşü Qəbələdə keçirilib. Burada şəhərin eyniadlı komandası lider "Qarabağ"ı qəbul edib. Matçın start fiti saat 17:00-da səslənib.
Tura "Sabah" - "Kəpəz" oyunu ilə yekun vurulub. "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 19:30-da start götürüb.
Azərbaycan Premyer Liqası
IX tur
9 oktyabr (bazar)
17:00. “Qəbələ” – “Qarabağ” 0:1
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
Qəbələ şəhər stadionu
19:30. “Sabah” – “Kəpəz” 5:0
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev
“Bank Respublika Arena"