Kasilyasın paylaşımı müzakirələrə səbəb oldu - FOTO

00:28 10 Oktyabr 2022

İspaniya millisinin sabiq qapıçısı İker Kasilyasın tviter hesabında “Ümid edirəm ki, mənə hörmət edirlər: mən geyəm” yazması təəccüblə qarşılanıb.

Sportarena.az xəbər verir ki, veteran futbolçu qısa müddət sonra hesabının sındırıldığını bildirib.

“Hesabım sındırılıb. Xoşbəxtlikdən hər şey qaydasındadır. Bütün abunəçilərimdən üzr istəyirəm. Və təbii ki, ən çox - LGBT icması qarşısında” – Kasilyas bildirib.

Qeyd edək ki, digər əfsanəvi ispan futbolçu Karles Puyol İkerin ilk paylaşımına maraqlı şərh yazıb:

“Artıq hekayəmizi danışmağın vaxtıdır, İker”.



Xəbər xətti