Türkiyə çempionatı: “Fənərbaxça” 4 qol buraxsa da, qalib gəldi

00:45 10 Oktyabr 2022

Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Ümraniyəspor” - “Kayserispor” matçında qalib müəyyənləşməyib. “Hatayspor” evdə “Alanyaspor”u minimal hesabla üstələyib. Doqquz qolluq “Fənərbaxça” - “Fatih Karagümrük” matçı da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası
9-cu tur

9 oktyabr

Ümraniyəspor – Kayserispor 2:2
Qol: U.Nayir, 48. T.Qlumaç, 59 – M.Kardozo, 25. Mensa, 64.

Hatayspor – Alanyaspor 1:0
Qol: B.Öksüz, 72.

Fənərbaxça – Fatih Karagümrük 5:4
Qol: Krespo, 9. Valensiya, 28; 61-pen; 72-pen. Batşuayi, 90+5 – Borini, 16; 65-pen. Kuassi, 24. B.Kapacak, 83. 


Digər xəbərlər

Xəbər xətti